Koronavirusun qarşısının alınmasının yolu açıqlandı

Koronavirusun qarşısının alınmasının yolu açıqlandı

"Əgər qaydalara əməl etsək, iki-üç həftəyə kritik həddə yetişib dönüş yarada biləcəyik”.

Miq.Az xəbər verir ki, bunu Türkiyə Koronavirus Elmi Şurasının üzvü, Gülhanə xəstəxanasınının intensiv terapiya və daxili xəstəliklər üzrə mütəxəssisi, professor, doktor Levent Yamanel deyib.

"Biz dönüş yarada bilsək, o zaman iki-üç ay ərzində koronavirusu nəzarət altına almaq ehtimalımız olacaq. Əgər biz qaydalara əməl etməsək, onda işimiz çox olacaq və bu da vaxtımızı çox alacaq. Ona görə də tədbirlərə əməl etmək, evdə qalmaq lazımdır. Biz bəzi ölkələrdə dönüşü müşahidə etdik. Ancaq onlar tədbirləri zəiflədən kimi infeksiya yenidən yayılmağa başlayıb. Ona görə də ehtiyatlı olmalı, daha doğrusu, tədbirləri zəiflətməməliyik”, - o vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az