Kreditinə güzəşt olunanların siyahısı açıqlandı – Belə öyrənin

Kreditinə güzəşt olunanların siyahısı açıqlandı – Belə öyrənin

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası çərçivəsində elektron portal hazırlayıb.

"Report” xəbər verir ki, fiziki şəxslər pk.fimsa.az ünvanında yerləşən bu portala daxil olaraq ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala biləcəklər.

Belə ki, portal vətəndaşlara hesablanmış kompensasiyanın məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları özündə əks etdirir.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az