Kreml: "ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir"

Kreml:
"ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir".

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Ümumiyyətlə, belə ultimatumları olduqca mənfi qəbul edir və qəbuledilməz hesab edirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də daxil olmaqla,Türkiyə rəhbərliyi dəfələrlə vurğulayıb ki, bu saziş artıq razılaşdırılıb. Biz buna uyğun olaraq irəliləyirik və saziş icra edilir",- deyə Kremlin sözçüsü bildirib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az