Kremldən ABŞ-a XƏBƏRDARLIQ: “Bu, iqtisadi müharibədir”

Kremldən ABŞ-a XƏBƏRDARLIQ: “Bu, iqtisadi müharibədir”
ABŞ yeni sanksiyaları elan etsə, bunu Rusiyaya qarşı iqtisadi müharibənin başlanması kimi qəbul etmək olar.
 
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya baş naziri Dmitri Medvedev Kamçatka vilayətində Kronotsk dövlət qoruğunun əməkdaşları ilə görüşü zamanı deyib.
 
"Əgər hən hansısa bankın fəaliyyəti yaxud müəyyən valyutada əməliyyatlara qadağa qoyan sanksiyalardan söhbət gedirsə, açıq söyləyəcəm, bu iqtisadi müharibənin elan olunması deməkdir. Və bu müharibəyə müvafiq reaksiya – iqtisadi metodlarla, siyasi metodlarla, lazım gəlsə digər metodlarla da olacaq”.
 
Xatırladaq ki, avqustun 3-də ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az