“Kristal Abşeron”un “Qobupark”ında nə baş verir?

“Kristal Abşeron”un “Qobupark”ında nə baş verir?

"Kristal Abşeron” şirkətinin məcburi köçkünlər üçün inşa etdiyi "QobuPark” yaşayış kompleksində problemlər olduğu kimi qalır.

Bunu jurnalist Rövşən Əsədov deyir.

O bildirib ki, Ermənistanın işğalı nəticəsində (keçmiş) məcburi köçkün düşən şəxslər indi də "Kristal Abşeron” şirkətinin özbaşınalığından əziyyət çəkirlər: "Binaların üzlüyü qopduğu üçün şirkətin işçiləri üzlüyü binanın divarına (qırmızı kərpici deşərək) bərkidirlər. Sonra da külək və yağış olduğu zaman o deşiklərdən içəri, sakinlərin evlərinə su sızmağa başlayır. "QobuPark”da istənilən adamın qapısını döysəniz, hamısı şikayətçidir. Millətin tavanları mamır bağlayıb, evdə nəmişlik qoxusu adamı boğur, divarlara su sızır deyə divarlar gömgöy olub, divar kağızları (oboylar) hamısı qopub tökülür. Burada məskunlaşan məcburi köçkünləri ermənilərdən sonra ən çox incidən bu şirkət oldu. Mütləq gərək prezidentin dəmir yumruğu sizin də başınıza dəysin, gərək yolu bağlayıb ayağa qalxaq, ondan sonra problemi həll edəsiniz? Bir böyüyünüz, kiçiyiniz yoxdur ki, dərdimizi ona deyək?”, – deyə jurnalist qeyd edib.

Şirkətin mətbuat xidmətinə mövzu ilə bağlı verilən suallar cavabsız qalıb. 

"Kristal Abşeron”un qeyri-rəsmi sahibi milyonçu deputat Ağalar Vəliyevin olduğu bildirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az