“Kürdüstan” təbliğatçısı azərbaycanlı məmura HÖKM OXUNDU

“Kürdüstan” təbliğatçısı azərbaycanlı məmura HÖKM OXUNDU
"Kürdüstan” təbliğatçısı kimi tanınan Laçın Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin sabiq müdiri Füzuli Tanırverdiyevə hökm oxunub.

Miq.Az Lent.az-a istinadla xəbər verir ki, ona Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə ittiham verilib.

Cinayət işi Zərdab rayon məhkəməsində hakim Tahir Qubadovun icraatında baxılıb.

Məhkəmənin hökmü ilə F. Tanırverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. F. Tanırverdiyev barəsində sınaq müddəti seçilib.

Hökmlə razılaşmayan F. Tanırverdiyev apellyasiya şikayəti verib.

Qeyd edək ki, bir müddət öncə, F.Tanırverdiyev özünün feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum”u dəstəkləyən fotolar yayıb. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.

Sosial şəbəkələrdə bu məsələ ciddi rezonans doğurub. Bundan sonra F. Tanırverdiyev tutduğu vəzifədən azad edilib.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az