Kütləvi zəhərlənmə baş verən "Tonqal" restoranı bağlandı - Video

Kütləvi zəhərlənmə baş verən

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal” restoranında avqustun 11-də baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.

Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindəndən məlumat verilib.

İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində "Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülən və aidiyyatı üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub.

Bundan əlavə hadisənin baş verdiyi "Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunan və faktla bağlı protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

***

Bakıda kütləvi zəhərlənmənin baş verdiyi "Tonqal" restoranı fəaliyyətini dayandırdı.

Bu barədə Real Tv-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az