Laçındakı ermənilər köçür: 6 ailə Qarabağ və Ermənistana daşınıb

Laçındakı ermənilər köçür: 6 ailə Qarabağ və Ermənistana daşınıb
"İnsanlar əşyalarını yığırlar. Artıq bir hissəni götürüblər, o biri hissəsini götürməyə qayıdıblar”. JAMAZ.İNFO xəbər verir ki, bunu Laçının qondarma "meri” Narek Aleksanyan deyib.

Aleksanyan bildirib ki, ermənilərin evlərin yandırması halları var. "Hələ ki, Laçında heç kim evini yandırmayıb. Lakin bu istək hər an baş qaldıra bilər”.

Onun dediyinə görə, bu günə qədər Laçından daşınan ermənilərin sayı 12 nəfərdir. "Təxminən 6 ailə şəhəri tərk edib. Onlardan 2-si Qarabağda, qalanları isə Ermənistana gediblər”.

Qondarma "mer” onu da deyib ki, hal hazırda Laçında 60 ailə qalıb.

Qeyd edək ki, Azərbaycan tərəfinin tələbi ilə Laçın şəhərində qanunsuz məskunlaşmış ermənilərin çıxması üçün avqustun 25-nə kimi vaxt verilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az