Lavrovdan Qarabağ AÇIQLAMASI:“O ki qaldı Qarabağın danışıqlarda iştirakı məsələsinə...”

 Lavrovdan Qarabağ AÇIQLAMASI:“O ki qaldı Qarabağın danışıqlarda iştirakı məsələsinə...”

"O ki qaldı Qarabağın danışıqlarda iştirakı məsələsinə...”

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe Qarabağ münaqişəsinin hər zaman Minsk Qrupu vasitəsi ilə danışıqlar yolu ilə aparılmasından ibarətdir. Bu, ən optimal variantdır. O ki qaldı Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə, Qarabağ hansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danıışıqlar iki tərəf arasında aparılıb".

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq". - deyə Lavrov qeyd edib.

Rusiya xarici işlər nazirinin bildirdiyinə görə, Mnatsakanyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib. Lavrov bildirib ki, Rusiya həm Bakı, həm İrəvanla ikitərəfli, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində digər həmsədr ölkələrlə birlikdə Qarabağ münaqişəsi ilə bağlı tərəflərə qarşılıqlı məqbul sayılan həll yolunu tapmağa kömək etməyə davam edəcək. (APA)

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az