Lənkəranda barama yığımına başlanıldı (FOTOLAR)

Lənkəranda barama yığımına başlanıldı (FOTOLAR)

Bu il Lənkəranda barama yığımına başlanılıb.

Miq.Az xəbər verir ki, 25 ildən sonra Lənkəranda ilk dəfə barama yığımı həyata keçirilib. Rayonun ən böyük fermerlərindən biri olan Elxan Həsənov fərdi təsərrüfatında barama yetişdirməyə müvəffəq olub. Sahibkarın sözlərinə görə, barama yığımı üçün təsərrüfatında 30-a yaxın şəxs çalışıb:

"İşçilərin hər birinin fəaliyyətindən çox razıyam. İpək qurdlarına yaxşı qulluq göstərildiyi üçün keyfiyyətli məhsul əldə etmişik. Planlaşdırdığımızdan daha çox barama yığımına nail olmuşuq. Artıq yığdığımız məhsulu təhvil verməyə başlamışıq”

Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Lənkəranda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində ciddi işlər görülməkdədir. Son illər Lənkəranda ilk dəfə barama yığımına başlanılması bunu göstərir.
 
 



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az