Lənkəranda gənc qızlar üçün tədbir keçirilib – FOTOLAR

Lənkəranda gənc qızlar üçün tədbir keçirilib – FOTOLAR

"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Regionda yaşayan gənc qızların forumu" adlı layihənin icrasını davam etdirib.


Layihənin əsas məqsədi regionda yaşayan gənc qızların fərdi inkişaf strategiyasını izləməklə onların bilik bacarıqlarını artırmaq və qızlar arasında şəbəkələşmə metodunu istifadə edərək forum təşkil etməkdir. Layihə Gəncə, Quba və Lənkəran regionunu əhatə edir.

Növbəti tədbir 30 noyabrda Lənkəran şəhərində təşkil edilib. Təlimdə 25 gənc qız iştirak edib. Təlimçi Günel Səfərova fərdi inkişaf planın hazırlanması, strategiya və taktikanın fərqi, elektron biznes haqqında məlumat verib. Təlimçi fərdi inkişaf planın hazırlamağa başlamadan öncə missiya, strategiya və planın fərqini izah edib. G.Səfərova daha sonra planın SMART qaydaya uyğunluğunu auditoriya ilə müzakirə edib. Fərdi inkişaf planının spesifik, əlçatımlı, ölçüləbilən və müəyyən vaxt çərçivəsinə uyğun olmasının mütləqliyini izah edib. Təlim iştirakçıları fərdi inkişaf planının kiçik layihə ilə müqayisə edib. Əsas müzakirə olunan məsələ maliyyənin əldə edilməsi ilə bağlı idi. Lakin şəbəkə və resurslar vasitəsi ilə maliyyənin əldə edilməsinin mümkünlüyü izah edilib.
Gənc qızlar fərdi inkişaf planını hazırlayıb və Qubadan fərqli olaraq fərdi inkişaf planında regional vəziyyətin nəzərə alınması müzakirə edilib. Gənc qızlar fərdi inkişaf planı olaraq əl işlərinin satışı, uşaq inkişaf mərkəzi, tələbələr üçün kafenın açılması və s. göstərib.

Təlimin sonunda gənc qızlar şəbəkənin yaradılması ideyası ilə çıxış ediblər.







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az