Lerik camaatından prezidentə -TƏŞƏKKÜR MƏKTUBLARI

Lerik camaatından prezidentə -TƏŞƏKKÜR MƏKTUBLARI

Prezident İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Miq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Sərəncamda deyilir:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılsın.
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər”.

Bu sərəncamı eşidən Leriklilər prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar. Miq.az ölkə başçısına ünvanlanmış məktubların bir qismini ixtisarla oxucuların diqqətinə çatdırır:

                                    Züvüç kənd ziyalıları və ağsaqqalları adından

Azərbaycan Respublikası Prezidenti 
Cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
Fəaliyyətə başladığınız gündən Dövlətimiz və xalqımız qarşısındakı xidmətləriniz hamıya məlumdur. Azərbaycanın iqtisadiyyatı Sizin sayənizdə durmadan inkişaf edir. Xalqın həyat şəraiti günü-gündən yaxşılaşır. 
Ölkəmizdə gedən bu inkişafın nəticələri rayonumuzda da göz önündədir. Son illər rayonumuzun inkişafı ilə bağlı imzaladığınız sərəncamlar, Sizin yüksək qayğı və diqqətinizlə həyata keçirilən quruculuq işləri Lerikin simasını tamamilə dəyişmişdir.
Cənab Prezident! 
Rayon əhalisinin böyük əksəriyyətinin mütəmadi istifadə etdiyi Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı imzaladığınız sərəncam əhalinin böyük sevincinə səbəb olmuşdur. Bizə bu xoş günləri yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Allah Sizə yar olsun!

Hörmətlə,

Züvüç kənd ziyalıları və
ağsaqqalları adından;
Barat Xanıyev,
Tomar Şahmarov,
Əlirza Abışov,
Xanhüseyn Hüseynov,
Dadruz Fətullayev,
Ağabəy Ağayev,
Ağaxan Əliyev 
Vaqif Şahmarov və başqaları
   

                                                                     ***
                                        

                                            Xanagah kənd sakinləri adından

Azərbaycan Respublikası Prezidenti 
Cənab İlham Əliyevə!

Hörmətli cənab Prezident! 
Ulu Öndər, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan strategiyanın Sizin rəhbərliyinizlə uğurla həyata keçirilməsi Azərbaycanın dinamik inkişafı ilə yanaşı, dünyada söz sahibinə çevrilməsində də mühüm rol oynamışdır. Həyata keçirilən bu siyasi kurs, respublikanın bütün regionlarında aparılan tikinti-quruculuq işləri əhali tərəfindən rəğbətlə qarşılanır, dəstəklənir. 
Möhtərəm Prezident!
Lerik rayonu dağlıq relyefdə yerləşir. Burada kəndlərlə rayon mərkəzini birləşdirən avtomobil yolları heç sovet vaxtında asfalt görməmişdi. Ancaq son illərdə rayonun əsas yollarının yenidən tikilməsi və asfaltlaşdırlması həyata keçirilir. Noda-Şingədulan-Xanagah yolunun tikintisi ilə əlaqədar imzaladığınız sərəncamlar Sizin hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz qayğının bariz nümunəsidir. Görülən işləri gördükcə qürur duyur və fəxr edirik ki, Azərbaycanın Sizin kimi Prezidenti var.
Uca Tanrı dövlətçilik yolunda yorulmaz fəaliyyətinizdə həmişə köməyiniz olsun!

Hörmətlə,

Lerik rayonu Xanagah kənd sakinləri adından
Diniyev Adil,
Piriyev Şakir, 
Hüseynov Buludxan,
Nəhmətov Nadir,
Əliyev Əliağa,
Əmənov Atif,
Feyziyev Zakir,
Fətullayev Araz,
Seyfullayev Allahşükür,
Rəciyev Güloğlan

                                                       ***               


                                       Biləvər, Şivlə və Geskon  kəndlərinin sakinləri adından  

Azərbaycan Respublikası Prezidenti
Cənab İlham Əliyevə

Hörmətli cənab Prezident! 
Son illər Sizin uğurlu fəaliyyətiniz insanlara, onların rifah halının yaxşılaşmasına, xalqın illərlə arzuladığı həyat şəraitinin gerçəyə dönməsinə xidmət edir. Sizin rəhbərliyinizlə respublikanın hər yerində aparılan tikinti- abadlıq, quruculuq işləri, ən ucqar kəndlərdə yeni infrastrukturun yaradılması, həyata keçirdiyiniz daxili və xarici siyasət bunun bariz nümunəsidir. 
Möhtərəm Prezident!
Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sizin 01 noyabr 2016-cı il tarixli Sərəncamınız biz kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Bu yolun tikilərək istifadəyə verilməsi insanların rahatçılığı ilə yanaşı, gənclərimizin kəndi tərk etməsinin qarşısını alacaq, kənd təsərrüfatının inkişafına stimul verəcəkdir. 
Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz fəxr edirik ki, Sizin kimi qayğıkeş Prezidentimiz vardır. Allah Sizi qorusun! 

Dərin hörmətlə, 
Lerik rayonu Biləvər, Şivlə və Geskon  kəndlərinin sakinləri adından    
                
 Azadov Ağababa, 
 Əliyev Mirzəli
 Məmmədov Tofiq,
 Zamanov Böyükxan,
 Əliyev Surət, 
 Ağayev Rizvan,
 Məmmədov Naib,
 Fərəcov Əsəd,
 və başqaları
 
 
 
                                                           ***

 
 
                                     Bülüdül kənd sakinləri və sürücülər adından 



Azərbaycan Respublikası Prezidenti 
Cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident! 
Hər bir azərbaycanlı kimi biz leriklilər də hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Sizin rəhbərliyiniz altında ölkəmizin əldə etdiyi uğurlar, ölkəmizin dünyada artan nüfuzu ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və zati-aliniz tərəfinizdən uğurla davam etdirilən müdrik siyasətin və uzaqgörənliklə hazırlanmış strategiyanın nəticəsidir. 
Cənab Prezident! 
Yüz illər boyu həll edilməyən bir problemimizin - Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi ilə bağlı Sizin üçüncü dəfə imzaladığınız sərəncam 50-dən çox kəndin sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Əhaliyə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın inkişafı və çiçəklənməsinə xidmət edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və səmimiyyətlə, Bülüdül kənd sakinləri və sürücülər adından 
 
 

  Rasim Şahbazov   
  Babulla Qəribov,
  Səadətqulu Bayramov
  Gülverdi Şahbazov,
  Yarış Qubadov,
  Mirzə Rüstəmov,
  Zərbiəli Adıgözəlov,
  Həsənağa Qəribov,
  Sərməst Cəfərov
   Şakir Əskərov
    və başqaları
                                                    
***

                                      Gendov və Osyodərə kənd sakinləri adından

Azərbaycan Respublikası Prezidenti 
Cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
 Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında verdiyiniz sərəncam rayonunumuzun sosial-iqtisadi inkişafına yönəlmiş  əvəzsiz tədbirlərdəndir. Bu Sərəncam həm o yoldan mütəmadi istifadə edən insanlar, həm də bütün Lerik rayon sakinləri tərəfindən sevinclə qarşılanmışdr. Bizə göstərdiyiniz diqqət və qayğınızı yüksək qiymətləndirməklə Sizə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. 
Allah Sizi qorusun!
 
Hörmətlə, Gendov və Osyodərə kənd sakinləri adından

1.Həşimov Eminəli
2.Məmmədov Güloğlan
3.Ağayev Məmədağa
4.Həşimov Xanverdi
5.Feyziyev Zahidxan
6.Məmədov Bəyoğlan
7.Əzizov Fəxrəddin 
8.Ağayev Fəzail
9.Babayev Allahşükür
10.Muradov Təbriz
11.Zahidov Arzuman
12.Nağıyev Mərdan
                                                               
Və başqaları
 
Miq.az








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az