Lerikdə azyaşlı qızı zorladığı deyilən şəxsin FOTOLARI

Lerikdə azyaşlı qızı zorladığı deyilən şəxsin FOTOLARI
Lerikdə azyaşlı qızın zorlanma xəbəri müzakirə mövzusuna çevrilib. Rayon sakini Elnur Məmmədov bu hadisəni törətməkdə günahlandırılır.

Lakin dövlət qurumları rəsmi olaraq zorlanma hadisəsini təsdiq etməyib. İddialar yalnız sosial şəbəkələr və media üzərində müzakirə olunur. Zorlandığı deyilən qızın atası Rasim Təhməzov da iddiaları əsassız sayıb. Bu isə insanlar tərəfindən qəzəblə qarşılanıb və onun valideyni qınanıb.
Minval.info azyaşlını zorlamaqda adı keçən Elnur Məmmədovun fotolarını əldə edib. Amma qeyd etdiyimiz kimi, onun cinayət törətdiyi rəsmən təsdiqini tapmadığı üçün fotoları açıq formada dərc edə bilmirik.
Xatırladaq ki, Azərişıq” ASC-nin Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov tərəfindən məktəbli qızın zorladığı deyilir. Adı çəkilən şəxsin bunu telefonuna çəkdiyi və qızı şantaj etdiyi bildirilir.
İddialara görə, zorlanmaya məruz qalan azyaşlı 4 aylıq hamilədir.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az