Lider TV cərimələndi – Məhkəmə qərarı

Lider TV cərimələndi – Məhkəmə qərarı

Milli Televiziya və Radio Şurası 2018-ci ildə yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirlərini açıqlayıb.

BakuPost-un məlumatıma görə, şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 2 noyabr 2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan "Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilib və bununla "Reklam haqqında” qanunun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən "Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Lider TV və Radio Azərbaycan” MMC barəsində 5 min manat cərimə cəzası tətbiq edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az