Rusiya telekanalı Azərbaycanı təhqir etdi - Video

Rusiya telekanalı Azərbaycanı təhqir etdi - Video

LifeNews telekanalı Azərbaycanın ərazi bütövlüyünü təhqir edib.

Oxu.Az xəbər verir ki, hadisə "Azərbaycandan yanacaq” adlı verilişdə baş verib.

Süjetdə Azərbaycandan Türkiyəyə qaz tədarükündən söhbət gedir.

İki ölkənin təqdim edildiyi xəritələrdə Ermənistan Silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisi qeyd edilməyib.

LifeNews telekanalının bu hərəkəti anlaşılmazlıq yaradır, çünki kanalın yayımlandığı Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Amma digər tərəfdən əgər cari kanalın sahibinin erməni – Aram Qabrelyanov olduğunu nəzərə alsaq, LifeNews-un bu hərəkəti təəccüb doğurmur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az