"El Periodico” qəzeti yazır ki, Anar və Nərgiz Mahmudovların verdiyi şikayət təmin olunsaydı təhlükəli presedent yaradardı və informasiya azadlığını təhdid edərdi. Axı iddiaçılar KİV-lərə qarşı onların aid olduğu yurisdiksiyadan kənarda iddia qaldırmışdılar. Yəni onlar ispan məhkəməsinə deyil, Britaniya məhkəməsinə müraciət etmişdilər. Bu da "Prensa Lberica” mediaqrupunu məcbur edib ki, onun üçün yad olan normativ-hüquqi bazada özünü müdafiə etsin və nəticədə ispan məhkəmələrində olduğundan daha çox xərc çəksin.
Nəticədə Britaniya məhkəməsi Mahmudovların iddiasını rədd edib, hesab edib ki, dərc edilən məqalələrin Britaniyada onların maraqlarına zərbə vurduğuna dair yetərli dəlillər yoxdur.
Eldar Mahmudovun ailəsinin İspaniyadakı möhtəşəm tarixi qəsri və ferması
İspaniyada isə Mahmudovların sərvəti barədə məqalələr "El Periodico” nəşri ilə yanaşı "Diario de Mallorca”, "Diario de Córdoba”, "Opinión de la Coruña” və "Regió7” nəşrlərində də dərc edilmişdi. Və iddiada cavabdeh qismində onların da adları yer alırdı. Lakin iddiada Britaniyanın "The Observer” nəşri, "Finance Uncovered” və Organised Crime and Corruption Reporting Project kimi jurnalist araşdırmaları təşkilatları yer almayıb. Hansı ki, onlar Cayman National Bank-dan sızmış sənədlər əsasında Mahmudovların qanunsuz sərvəti barədə ispan nəşrləri ilə birlikdə araşdırma aparmışdı.
Mahmudovun ailə üzvlərinin Avropa boyu səpələnmiş çoxsaylı mülklərindən bir qisminin fotoları: