Lotu Quli yenidən həbs olundu

Lotu Quli yenidən həbs olundu
Türkiyənin Miqrasiya xidməti Azərbaycanın məşhur kriminal avtoriteti Nadir Səlifovu (Lotu Quli) yenidən saxlayıb.

Virtualaz.org Lotu Qulinin qohumlarına istinadən bildirir ki, saxlanılmanın səbəbi açıqlanmır. Ancaq etibarlı mənbələrin məlumatına görə, Türkiyə tərəfi kriminal avtoritetin deportasiyası imkanlarına baxır.
Xatırladaq ki, Türkiyə məhkəməsi N.Səlifovun azad olunması haqda cəmisi bir neçə gün əvvəl qərar qəbul etmişdi.
Son məlumata görə, N.Səlifov Bolqarıstanla sərhəddəki Miqrasiya xidmətinin izolyatorlarından birində saxlanılır. Ankara onun Rusiyaya və ya Azərbaycana deportasiyası imkanına baxır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az