"Lotu Quli"nin adamı Bakı aeroportunda tutuldu - FOTO


Kriminal aləmdə "Rəşad Yevlaxski” kimi tanınan Rəşad Cəbrayılov Bakı aeroportunda saxlanılıb.

Kriminal avtoritet qanunsuz olaraq Naxçıvan Muxtar Respublikasından Gürcüstan ərazisinə keçib. Batumi şəhərindən Türkiyəyə ərazisinə qanunsuz daxil olmağa cəhd göstərsə də, istəyi baş tutmayıb.

Və yenidən qaçaq yolla Bakıya qayıdıb. Bir neçə gün sonra ikinci cəhddə Naxçıvandan Türkiyəyə ərazisinə daxil olmağa çalışıb, amma alınmayıb.

Belə ki, bir neçə gün sonra Naxçıvan – Bakı aviareysi ilə uçarkən yenidən Bakı aeroportunda saxlanılıb.

Qeyd edək ki, "Rəşad Yevlaxski” 2 ay öncə "Oazis” restoranı yaxınlığında bir nəfəri bıçaqlayıb. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra Rəşad Cəbrayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Xatırladaq ki, "Rəşad Yevlaxski” "Lotu Quli”nin klanına daxil olan şəxslərdəndir.(Teleqraf.com)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az