Lukaşenko: Müstəqilliyimiz itəcək, Belarus ərazisində silahlı münaqişə yarana bilər

Lukaşenko: Müstəqilliyimiz itəcək, Belarus ərazisində silahlı münaqişə yarana bilər

İqtisadi proqramımız uğursuzluğa düçar olacağı halda Belarus öz müstəqilliyini itirə və daxili münaqişə arenasına çevrilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bu illər ərzində tab gətirməsək, uğursuzluğa düçar olsaq, o zaman gərək ya hansısa digər bir ölkənin tərkibinə daxil olaq, ya da bizdən sadəcə olaraq ayaqlarımızı alacaqlar. Belarus cəbhədədir və buna görə də planlaşdırılan iqtisadi layihələri yerinə yetirməmək üçün yeganə əsas yalnız ölüm ola bilər”, - Lukaşenko bildirib.

Lukaşenko eyni zamanda qeyd edib ki, digər ölkənin tərkibinə daxil olacaqları halda 2014-cü ildən bu yana Ukraynada davam edən silahlı münaqişə tipli münaqişə Belarus ərazisində də yarana bilər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az