Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edildi

Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edildi
Ermənistan parlamentinin deputatı Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edilib.

APA-nın "Aysor.am"a istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin bu gün  keçirilən iclasında qərar verilib.
Səsvermədə 85 deputat iştirak edib. Onlardan 81 nəfəri qərarın lehinə, 3 nəfər isə əleyhinə səs verib. Bir səs isə etibarsız sayılıb.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini M.Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az