Masallılı gənci meşədə güllələdilər

Masallılı gənci meşədə güllələdilər

Hadisəni törədənlərin kimliyi bilinmir

Masallı rayonunun Yeyən kənd sakini, 36 yaşlı  Xəqani  Qədirov müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən döş qəfəsinin və sol budun deşilmiş güllə yarası diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İstiPress-in Cənub bürosunun məlumatına görə,  Masallı rayon polis şöbəsi əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, 36 yaşlı gənc rayonun İstisu sanataroyasi yaxınlığında, Qəriblər kəndi ərazisindəki meşəlikdə adı hələlik istintaqa bəlli olmayan iki şəxs tərəfindən döyülüb. Ona  kustar üsulla düzəldilmiş tapançadan rezin güllələr də atılıb.

Hadisə şahidləri zərərçəkəni təcili xəstəxanaya çatdıraraq həyatını xilas ediblər. Plastik güllələr cərrahi yolla bədəndən çıxarılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər rayonun Ərkivan qəsəbə sakinləridir və aralarında yaranan mübahisəyə aydınlıq gətirmək məqsədi ilə Xəqanini gecə saatlarında  meşəlik əraziyə gətiriblər. İlkin ehtimala görə, mübahisə şəxsi münasibətlər zəminində yaranıb.

Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırmalara başlanılıb. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az