Masazırda ağır cinayət: Kişi döyüldü, sonra güllələndi

Masazırda ağır cinayət: Kişi döyüldü, sonra güllələndi

Abşeron rayonunda qətl hadisəsi baş verib. İnsident bir neçə gün əvvəl Masazır qəsəbəsinin "Qurtuluş” yaşayış massivi ərazisində qeydə alınıb. Orta yaşlı kişi əvvəlcə döyülüb, daha sonra güllələnərək öldürülüb. Hadisəni törədən şəxslər cəsədi Masazırda basdırıblar. Qətlə yetirilən şəxsin qardaşı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək qardaşının itkin düşdüyünü bildirib.

Axar.az xəbər verir ki, hadisə haqqında hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qətlə yetirilən şəxsin cəsədinin basdırıldığı yer müəyyənləşib. Cəsəd basdırıldığı yerdən çıxarılaraq tibbi ekspertizaya təhvil verilib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Abşeron rayonu Masazır qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mircəfərov Zaur Mirdadaş oğlu olması müəyyənləşib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az