“Maşın”ı tərk edən Cavidan Novruz GİZLİNLƏRİ AÇDI: “Gözlərimlə gördüm, hər şey qurma...” - VİDEO

“Maşın”ı tərk edən Cavidan Novruz GİZLİNLƏRİ AÇDI: “Gözlərimlə gördüm, hər şey qurma...” - VİDEO

Xəbər verdiyimiz kimi, dünən "Maşın” şounu Cavidan Novruz tərk edib.

Miq.Az xəbər verir ki, aktyor oyun haqqında fikirlərini sosial şəbəkədə paylaşıb:

"Bu, bir şou, yarışma idi. Mən də bura qatıldım. "Maşın” şouda hər tanınmış insan iştirak edə bilmir. Orada iştirakım göstərir ki, sevilən aktyoram. Bu da mənim baş ucalığımdır. Bayaqdan hamı mənə səs verdiyi mesajların fotosunu çəkib atır. Minlərlə insan mesajları skrin edib göndərib, öz gözlərimlə gördüm. Qarşınızda baş əyirəm. Üzr istəyirəm ki, sizi xərcə saldım. Hər halda mən də maraqlı iştirakçı idim. Doğrudan da çox səs veriblər. Bəzən deyirlər ki, burada hər şey qurmadır. Özüm şahidi oldum ki, heç nə qurma deyil. Burada heç nə ucuzlaşdırılmayıb. Murad Dadaşov böyük prodüserdir, belə saxta, xırda şeylərə gedən insan deyil. Yəqin ki, Aytən xanımın səs verənləri daha çox olub. Murad Dadşova təşəkkür edirəm ki, məni bu yarışmaya layiq gördü”.
[video=http:// ]
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az