Məmur aparıcıya intim münasibət təklif edib

Məmur aparıcıya intim münasibət təklif edib

Aparıcı Vüsalə Kərimova bəzi yüksək vəzifə sahiblərindən intim münasibət təklifi aldığını etiraf edib.

Vizual xəbər verir ki, o bu barədə big.az-a müsahibəsində deyib:

"Bəzi vəzifə adamları mənə intim münasibət təklif edib. "Yuxarı"dan zənglər olub. Daha onu soruşmamışam ki, bir gecəlikmi istəyiblər, ya on gecəlikmi ... Amma etiraf edirəm ki, 3-4 nəfər olub. Tanıdığım, yüksək təbəqədən olan insanlardan zənglər gəlib. Bəziləri özümə, bəziləri isə tanışlarım vasitəsilə mənimlə əlaqə yaratmaq istəyiblər".

"Nə cavab vermisiniz? Pul soruşmusunuzmu?" sualına da Vüsalə belə cavab verib:

"Nə? Mən heç vaxt pul müqabilində kimləsə ünsiyyət qurmuram. Müxtəlif cavablar olub, amma nəticə etibarilə heç nə dəyişməyib. Elə adam da olub ki, deyib ki, nömrəni verim özün de ki, yox. Həmin adamı bərk tənbeh etmişəm ki, mənə artıq zəng gəlsə bilərəm ki, nömrəmi sən vermisən".