“Mənim hesabıma milyonlar qazanıldı” – Xoşqədəm Hidayətqızı ATV-ni tənqid etdi

“Mənim hesabıma milyonlar qazanıldı” – Xoşqədəm Hidayətqızı  ATV-ni tənqid etdi
Aparıcı Xoşqədəm Hidayətqızı ATV-nin keçmiş rəhbərliyini tənqid edib.

Minval.info xəbər verir ki, o, "Səni Axtarıram” proqramının 26 iyun buraxılışında sözügedən kanalın onun sayəsində milyonlar qazandığını iddia edib:
"Bizim arxivimiz məhv olub. Yardım etdiyimiz insanlar, materialları bizə göndərin. Allahdan bircə diləyim var, sizin qarşınıza yaxşı, qədrinizi bilən insanları çıxarsın. Mən bütün illərimi "Səni Axtarıram”a həsr etdim. Ancaq oradan aldığım maaşı bütün işçilərim bilir.
Mənim hesabıma milyonlar qazanıldı. Bu həyatda nə olursa, yaxşılığa doğru baş verir. Sevinirəm ki, bu kanaldayam (Xəzər TV). Çünki qədrimi bilirlər”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az