“Mənim növbəti dəfə prezident seçilmək hüququm var” - Putin

“Mənim növbəti dəfə prezident seçilmək hüququm var” - Putin

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala cavab verib.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, VTB Bankın təşkil etdiyi "Rusiya çağırır” adlı forumda xarici ekspertlərin suallarını cavablandıran V. Putin bildirib ki, onun 2024-cü ildə növbəti dəfə prezidentliyə namizədliyini sürmək hüququ var.
 
"Mənim yeni müddətə seçilmək hüququm var. Namizədliyimi irəli sürəcəyəm, ya yox, hələlik qərar verməmişəm”, - Rusiya dövlət başçısı vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az