Mənsimovdan Rövnəq Abdullayevlə Anar Əliyevə XƏBƏRDARLIQ: "Əlimdəki bütün sənədləri yayacam"

Mənsimovdan Rövnəq Abdullayevlə Anar Əliyevə XƏBƏRDARLIQ:

"Həmişə söyləmişəm ki, Allah əgər bir insana ağıl vermirsə demək ki, onun ruhən çirkin yaratmışdır. Belə insanlar ömürləri boyunca əslində yalnış olan xəyallarını başqalarının ağlına yeritməyə çalışarlar. Bu gün baş verənlər də buna bariz nümunədir. İstər siz, istərsə də övladlarınız mənə bənzəməyə çalışdınız, amma bacarmadınız  və özünüz kimi olaraq qaldınız." 

Miq.Az xəbər verir ki, bu sözləri "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov özünün feysbuk səhifəsində bildirib. Şirkət rəhbərinin statusunu şərhsiz təqdim edirik:

"Sizin məramınız xalqın cibindən oğurluq etməkdir. Siz səhvən seçilib vəzifə verilən insanlarsınız. Amma buna arxayınlaşmayın, çünki o vəzifə sizlərdən alınacaqdır. Hətta sizdən hər bir şeyin hesabını soracaqlar, sizi sorğuya çəkəcəklər. Mən sizi qınamıram; əslində özümü qınayıram. Çünki sizin yanıma yaxınlaşmağınıza necə göz yuma bildiyimi hələ də düşünürəm. Sizə güvənib yaxınıma buraxdım və sizi tanıdıqdan sonra kim olduğunuzu üzünüzə söyləyən kimi düşmən oldunuz mənimlə. Madam ki, ilk atəşi siz açdınız o zaman savaş başlasın. Əlimdəki bütün sənədləri yayacam. İllərlə bu xalqdan oğurladığınız pullar, bank hesablarınız, FETÖ cinayətkar qruplaşmasının hesabına  nə qədər vəsait yatırmısınız hamısı deşifrə olunacaq. Mənim nələrə qadir olduğumu siz daha yaxşı bilirsiniz. Çoxları Türkiyədən qaçanda mən bütün sərvətimi buraya yatırdım. Çünki mənim Türkiyəyə sevgim, Türkiyə ədalətinə güvənim sonsuzdur. Sonuna qədər sizinlə savaşacam və sizin iç üzünüzü açacam. Mənə qarşı qurduğunuz bu iyrənc qurğu sonunuz olacaq Rövnəq bəy və Anar bəy... Məncə bu saatdan sonra qorxmayın hətta titrəyin. Çünki sizi aləmə car edəcəm. Və bütün bunları hüquq çərçivəsində sizlərə sübut edəcəm."

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az