Mərakeşdə çarşab istehsalı və satışına qadağa qoyuldu

Mərakeşdə çarşab istehsalı və satışına qadağa qoyuldu
Dünyada müsəlman ölkəsi kimi tanınan Mərakeş Krallığı nicab istehsalı və satışına qadağa qoyub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Mərakeş rəsmi olaraq çarşab növü olan Burkanın (yalnız göz və üz hissəsi görünən geyim) istehsal və satışını qadağan edib. 

Krallıq 48 saat ərzində bütün burka istehsalının dayandırılacağını açıqlayıb. 

Daxili İşlər Nazirliyi ölkənin Tanca, Tatavin, Mertil, Sela, Tarevdanat və Meknes şəhərlərində olan otelye və mağazalara göndərdiyi rəsmi yazıda, burka istehsalı və satışının qadağan edildiyini ifadə edərək bu məhsulun istehsal və satışının dayandırılmasını tələb edib. 

Qeyd edək ki, Burka, hər tərəfi bağlı və yalnız göz hissəsinin açıq olduğu çarşaba verilən addır. Taliban rəhbərliyi vaxtında Əfqanıstanda geyilməsi zəruri hala gətirilmişdi. Hal-hazırda məşhur olaraq Əfqanıstan, Pakistan və Hindistanın şimal bölgəsində rəğbət görməklə bərabər, dünyanın hər yerində istifadə edilməkdədir.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az