Mətanətin maraqlı “Gündəlik” ovqatı

Mətanətin maraqlı “Gündəlik” ovqatı

 Son iki ildə ATV kanalında aparılan köklü islahatlar tamaşaçıların diqqətindən yayınmır. Istedadı jurnalistlərin, aparıcıların kanala dəvəti tamaşaçılar arasında böyük marağa səbəb olur. Orxan Fikrətoğlu, İradə İsaq, İlhamə Bədəlova kimi peşəkar aparıcı və jurnalistlər artıq kanalın simasına çevriliblər. ATV kanalına dəvət olunan belə aparıcılardan biri də Mətanət Əliverdiyevadır. Xəbər aparıcısı kimi tanıdığımız Mətanət xanım bu gün kanalın baxılı verilişlərindən olan “Gündəlik” verilişini aparır. Dinamik və pozitiv enerjili aparıcı öz plastika və xoreoqrafiyası ilı seçılir.

Komplekssiz teleaparıcı zəngin biliyə malik olduğundan hər bir mövzuya müraciət edir və istədiyinə uğurla nail olur. Qoyulan mövzuya uyğun özünü sınayır, qonaqlarını sınağa çəkir, yeri gələndə onlarla çiyin-çiyinə döyüşür. Qısa zaman kəsiyində teleaparıcı tamaşaçıların rəğbətini qazana bilib.İnformasiya qıtlığı yaşadığımız bir dovrdə zəngin informasiyalarla dolu “Gündəlik” verilişi tamaşaçılara geniş informasiyalar əldə etməkdə yardımçı olur.

Tamaşaçı “Gündəlik” verilişini izləməklə maraqlı mövzuları, xəbərləri izləyir, dəvət olunmuş dəyərli qonaqların potensial imkanlarını bir daha görür və qonaqlar haqqında dolğun məlumat əldə edə bilir. Bu da auditoriyanın genişlənməsinə və muxtəlif təbəqəli insanların bu veriliş vasitəsi ilə tamaşaçıların kanalı yaxından izləməklərinə səbəb olur. Biz də Mətanət xanıma bu şərəfli işində uğurlar arzulayırıq.

Şahməmməd Şahməmmədov Ehtiyatda olan polis polkovniki, şair



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az