Metroların qarşısına təcili yardım briqadaları yerləşdirilib - Səhiyyə Nazirliyi

Metroların qarşısına təcili yardım briqadaları yerləşdirilib - Səhiyyə Nazirliyi
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Səhiyyə nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova sosial şəbəkədə yayıb. O bildirib ki, BŞTTTYS-in 103 xidməti artıq havaların istiləşməsi ilə bağlı bir neçə gündür ki, gücləndirilmiş iş rejimində çalışır. İyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı metropoliten stansiyaların qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdiriliblər:
"Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.
Dünən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) 103 xidmətinə ümumilikdə 2133 müraciət daxil olub. Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib.

Yay mövsümü girdiyi müddətdən bu günə kimi günvurma diaqnozu ilə 62 müraciət daxil olub. Onlardan 46-sı kişi, 12-si qadın, 4-ü isə uşaqdır.
İlansancma diaqnozu ilə 17 müraciət daxil olub. Ölüm faktı qeydə alınmayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomi[email protected]

www.miq.az