MƏXFİ GÖRÜŞ: Türkiyəyə qarşı yeni oyun başladı

MƏXFİ GÖRÜŞ: Türkiyəyə qarşı yeni oyun başladı
İran və Əsəd Türkiyəyə qarşı aşirət (tayfalar) kartını oynamağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, son bir ildə Şam və Tehran təmsilçiləri Suriyanın şimalında aşirət liderləri ilə təmas qurmağa başlayıb. Əsas məqsəd Türkiyənin "Fərat qalxanı” əməliyyatına zərbə vurmaqdır.

"Ötən ay PKK-nın nəzarətində olan, lakin Əsəd rejiminin təsirinin güclü olduğu Haseke vilayətində yeni vali təyin olundu. Ceyiz Mahmud əl Musa adlı yeni vali sünni ərəbdir. 61 yaşlı əl Musanın əsas vəzifəsi Əsədlə ərəb aşirətləri arasında bağlantı yaratmaqdır. Əsədin sünni aşirət siyasəti bununla yekunlaşmır. İranın dəstəyi ilə Deyr ez Zor bölgəsindəki ərəb aşirət rəislərinin dəstəyini qazanmaq üçün də addımlar atılır. İlk olaraq Bekara aşirətinin lideri Nevaf əl Beşerin Əsədə dəstək verməsi təmin olundu”, - deyə qəzet qeyd edir.

Məlumata görə, Əsədin öz yanına çəkmək istədiyi digər aşirətlər Akiydet və Çehşiyatdır.

Qəzet yazır ki, İran və Əsəd rejiminin təmsilçiləri Hatayda Akiydat aşirətləri ilə gizli görüş keçirib:
"Aşirətlərə pul, hərbi dəstək və müharibədən sonra yerli idarəçilikdə pay vədi verilib. Əsəd rejiminin əsas məqsədi Türkiyənin Əl Bab əməliyyatından sonra Münbiç və Rakka-Tel Abyad əməliyyatlarının qarşısını almaqdır. Əsəd Rakkanın İŞİD-dən azad olunmasında aşirətlərin gücündən istifadə etmək niyyətindədir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az