“Meydan TV”-nin rəhbəri Emin Millidən Əli İnsanova çağırış: "Üzr istə və siyasətdn get"

“Meydan TV”-nin rəhbəri Emin Millidən Əli İnsanova çağırış:

Meydan TV-nin rəhbəri Emin Millinin yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 Emin Milli bu dəfə ölkə başçısının 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanova çağırış ünvanlayıb. O, sosial şəbəkədə yazıb: "Əli İnsanov etiraf etməlidir, üzr istəməlidir və siyasətdən getməlidir”.

Bundan öncə YAP rəhbərliyi Əli İnsanovu Heydər Əliyevin məzarını ziyarət etməyə və üzr istəməyə çağırmışdı.

Emin Milliyə gəlincə, onun 16 mart tarixli əfv sərəncamından sonra prezident İlham Əliyevə təbrik ünvanlaması səs-küy yaratmışdı./Azxeber.com/

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az