Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”

Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”

Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”. 

Miq.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Araz Əlizadə deyib. 

Millət vəkili Azərbaycanda 3 uşağı olan ailələrin çoxuşaqlı ailələr hesab edilməsini təklif edib. 
 
"3 uşaqlı ailələrin çoxuşaqlı ailə sayılması dünyada qəbul edilib. Dövlət hər uşağı olan ailəyə hər ay mütəmadi 100 manat, 200 manat pul verməlidir. Çünki həmin uşaqlar böyüyüb Vətən övladları olacaq. Sabah çağıracaqlar ki, Vətən övladısan, Vətəni qoru, müharibədə iştirak et! Vətən də övlad üçün nə isə etməlidir. Analar əlinə zənbil alıb küçələri gəzməməli, meyvə-tərəvəz satmamalıdırlar ki, balalarını dolandırsınlar. Ananın əsas vəzifəsi uşaqlarını tərbiyə etməkdir. Əgər ana uşaqlarını dolandıra bilmirsə, uşaqlarını nə zaman tərbiyə edəcək?!”, - deyə A. Əlizadə vurğulayıb.  

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az