Milli Məclisdə erməni dilində... - Oqtay Əsədov deputata BƏRK ƏSƏBİLƏŞDİ

Milli Məclisdə erməni dilində... - Oqtay Əsədov deputata BƏRK ƏSƏBİLƏŞDİ

"Hər kəs Azərbaycan dilini bilməyə borcludur. Kim burada deputatdırsa, zəhmət çəkib Azərbaycan dilində danışsın".

Publika.az xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Milli Məclisdə deputatların mütləq Azərbaycan dilində çıxış etməsi ilə bağlı tələblərə edilən etiraza münasibət bildirərkən deyib.

Spiker bildirib ki, bütün deputatlar Azərbaycan dilində danışmağı bacarmalıdır:

"Mən burada erməni, ya da başqa dildə tərcüməçi əyləşdirməli deyiləm ki? Azərbaycanda olan ermənilərin hamısı Azərbaycan dilini yaxşı bilir. Kim Azərbaycan dilini bilmirsə, burada oturmamalıdır”.

Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə iclasların Azərbaycan dilində keçirilməli olduğunu deyib. Lakin, onun sözlərinə görə, digər xalqların nümayəndəsi Azərbaycan dilində danışmaya bilər:

"Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və səkkizi gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Onlardan elələri var ki, dili bilir, elələri var ki, dili bilmir. Yaxud da Azərbaycanda yaşayan digər xalqların nümayəndələri deputat seçilə bilər. Həmin şəxslərə öz dilində danışmaq hüququ verilməlidir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az