"MİLYONLARLA insanı güdaza verib Nazarbayev, HAKİMİYYƏT HƏRİSİ..." - Hərbi ekspert


Əziz dostlar! Hörmətli həmkarlar!

Qazaxstan prezidenti Nursultan Nazarbayev bu gün öz qərarını açıqladı. Əlbəttə ki, hörmətlə yanaşıram və hesab edirəm ki, bu onun üçün bir qədər gec verilmiş bir qərar idi. Baxıram tanınmış və tanınmamış dostlar-tanışlar hamı onun şəninə diferambalar yazır. Ay kişi adamdır, ay nə bilim nədir. Mənim isə bu şəxsə münasibətim demək olar ki, eyniylə Yeltsinə, Qorbaçova və Putinə olan münasibətim səviyyəsindədir. Mən bu yoldaşı Bakı aeroportunda Qarabağla bağlı bir vacib missiya zamanı Yeltsinlə birgə səfərlərini çox yaxşı xatırlayıram. 

Hesab edirəm ki, Qarabağ məsələsinin yerindən tərpənməməsinə görə Rusiya siyasətbazları və hoqqaçıxaranları nə qədər məsuliyyət daşıyırlarsa, bir o qədər də Nazarbayev cavabdehdir. Ona görə də, gəlin yaxın tariximizdə olanları olduğu kimi yazaq və tarixdə saxlayaq. Burdan bura biz az qala Nazarbayevi Türk dünyasının əvəzolunmaz şəxsinə çeviririk. BU adam HAKİMİYYƏT HƏRİSİ olub və qalır. 

Bu qeydlərimi də gələcək tarixçilər üçün yazdım ki, bir qədər dərindən araşdırmalar zamanı bir vaxtlar müxtəlif ölkələrdə və respublikalarda fironluq edib, öz şəxsi məqsədləri üçün MİLYONLARLA insanı güdaza verənlərdən biri də bu Nursultan Abişeviç Nazarbayev olub. Onun Ermənistanın bütün rəhbərlərinə, bütün dövrlərdə necə isti münasibətinin olmasını isə məncə xatırlatmağa o qədər də ehtiyac yoxdur. Mənim üçün Nursultan Nazarbayev də Yeltsin, Qorbaçov və Putin qədər Azərbaycana öz şəxsi maraqları prizmasından baxan siyasətçi kimi olublar və qalırlar. 
Bunu da mən dedim. Nursultan Nazarbayev əkənin sevərləri qoy məndən inciməsinlər. Əyri oturaraq gəlin düz danışaq. Tarix necə var elə də təqdim edilməlidir. Onu saxtalaşdırmaq və təhrif etmək qətiyyən yolverilməzdir.

Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az