Mingəçevirdə odlu silahla qətl törədən şəxs saxlanılıb

Mingəçevirdə odlu silahla qətl törədən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Migəçevirdə baş vermiş qətllə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Miq.az-a bildirilib ki, iyunun 25-də Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində yaşayan Ənvər Umudovun evində münaqişə zəminində həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirməsi barədə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "İJ-16” markalı tüfəng götürülüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az