Minsk Moskvanı TƏHDİD ETDİ: “İstənilən vaxt hazırıq"

Minsk Moskvanı TƏHDİD ETDİ: “İstənilən vaxt hazırıq

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya tərəfindən sərhədin bağlanacağı halda, sərhəddə nəzarət sistemini tətbiq etməyi təklif edib.

Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, döbət başçısı bu haqda Brest vilayətində "Divin” sərhəd zastavasında bildirib.

Dövlət Sərhəd Komitəsinin nümayəndələri ilə danışan Lukaşenko bildirib ki, Belarusda Rusiya ilə sərhəddə daimi bölmə yoxdur. Öz növbəsində, prezident Rusiya tərəfindən Federal Təhlükəsizlik Xidmətinin ştat bölmələrinin olduğunu deyib.

"Rusiyalıların özləri də anlamırlar ki, onlar Belarus-Rusiya sərhədində nə edirlər və nə istəyirlər. Biz istənilən vaxt müvafiq cavabı verməyə hazırıq. Əgər onlar sərhədi bağlamaq istəyirlərsə, buyurun, bağlayın. Biz də sərhəddə nəzarət sistemini tətbiq etməliyik”, - Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, sərhədlər keçmişin qalığıdır. Lukaşenko bildirib ki, məsələ iyunda Rusiya-Belarus İttifaq Dövlətinin Ali dövlət şurasında müzakirə ediləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az