MM-də deputatdan sensasion çağırış: Paşinyanı vurun!

MM-də deputatdan sensasion çağırış: Paşinyanı vurun!
Mən əsgərlərimizə əmr verə bilmərəm, amma onlara müraciət edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.
O, snayperlərə müraciət edərək bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilən ərazilərinə, cəbhə xəttinə gələrsə, onu məhv etsinlər:
"Snayperlərdən xahiş edirəm ki, Paşinyanı vursunlar. Ermənistan yeni baş nazir tapar. Elə Ermənistan müdafiə naziri də işğal edilən Azərbaycan ərazilərinə gələrsə, onu vursunlar.
Zabitimizin qanı yerdə qalmasın. Ermənistan bilməlidir ki, belə təxribatçı addımların cavabı sərt şəkildə verilir”.
Qeyd edək ki, ötən gün erməni snayperinin atəşi nəticəsində mayor, tabor komandiri Aqil Omarov şəhid olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az