Mnatsakanyan görüşdən dərhal sonra Qarabağa gəldi

Mnatsakanyan görüşdən dərhal sonra Qarabağa gəldi

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Axar.az xəbər verir ki, o, Xankəndidə qondarma rejimin rəhbəri Araik Arutyunyan və "xarici işlər naziri” Masis Mailyanla görüşüb.

Bununla bərabər onun arxiyepiskop Parqev Martirosyanla da görüşü nəzərdə tutulub.

Qeyd edək ki, iyunun 30-da Mnatsakanyanla Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında videokonfrans baş tutmuşdu.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az