Moskvada faciə - təyyarədə sərnişinlər diri-diri yandılar FOTOLAR

Moskvada faciə - təyyarədə sərnişinlər diri-diri yandılar FOTOLAR

78 nəfərlə Murmanska uçan təyyarə eniş zolağında alışıb


Moskvanın Şeremetevo hava limanında təyyarə yanıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə,"Moskva – Murmansk" reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

Moskvadan Murmanska uçan"Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi havaya qalxdıqdan 28 dəqiqə sonratəcili geri qayıdıb.Təyyarə ancaq ikinci cəhdən sonra sərt şəkildə eniş edə bilib. Eniş zamanı onun mühərriki alışıb. Hadisə nəticəsində təyyardə olan 78 nəfərdən 41-i ölüb. Yaralılar arasında ağır vəziyyətdə olanlar var.

Hadisədən sonrahava limanı uçuş-eniş zolağını müvəqqəti olaraq bağlayıb.

Hadisə ilə bağlı Murmanskda 3 günlük matəm elan edilib. Ölkənin İstintaq Komitəsi hava nəqliyyatının istismarı üçün təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açıb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az