Mübariz Mənsimov Ərdoğana müraciət etdi: "Şərəfsiz FETÖ..."

Mübariz Mənsimov Ərdoğana müraciət etdi:

Hazırda həbsdə olan azərbaycanlı milyarder, "Palmali Holding”in sahibi Mübariz Mənsimov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkə nazirlərinə müraciət edib.

Miq.Az həmin müraciəti təqdim edir:

Cənab Prezident və hörmətli nazirlərim! 14 gündür heç bir günahım olmadığı halda həbsdəyəm. Bir il əvvəl 81 və 84 yaşlı valideynlərimi xəstə olduqları üçün Azərbaycandan Türkiyəyə yanıma gətirmişəm. Bütün dünyanı bürüyən və ölkəmizə də təsir edən koronavirusa görə, evdə valideynlərimə kömək edəcək heç kim yoxdur. Onlar koronavirus səsəbiylə mənim ölkə xaricində olduğumu düşünürlər. Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız. Şərəfsiz FETÖ və bunun kimi heç bir təşkilatla əlaqəm olmayıb, ola bilməz. Mən günahkar deyiləm və sizdən xahişim budur ki, günahsız olduğum təsdiqlənənə kimi həbsim ev dustaqlığına çevrilsin. Özümdən çox valideynlərimi düşünürəm. Məni başa düşəcəyinizə əminəm. Bütün şirkətlərimin mərkəzi Türkiyədədir və inanın şirkətimə ziyan dəyməsi sizin və mənim düşmənlərimizi sevindirəcək.

Hörmətlə Mübariz Qurbanoğlu




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az