"Müharibəyə başlayıb qürurumuzu özümüzə qaytarmalıyıq, ya da..."


Məcburi köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyi bəyanat yaydı. 
Əgər dövlət müharibə qərarını verə bilmirsə, o halda xalq verməlidir!
Artıq 27 ildir ki öz vətənimizdə "vətənsiz" yaşadıq.  Yurdumuza dönmək ümüdlərimizi zamanın ixtiyarına verdik. Minlərlə soydaşımız Qarabağ həsrəti ilə dünyasını dəyişdi. Biz yurdumuzdan  uzaqda, ermənilər isə bizim yurdumuzda məskən saldı, doğuldular böyüdülər. Beləcə illəri boşuna verdik. Zaman bizə deyil düşmənə işlədi. 
Şəhid xəbərinə səbrlə yanaşdıq. Vətən Sağolsun dedik. Düşmən bizim torpaqlarda meydan suladı, bizsə tolerantlıq nümayiş etdirdik.  Biz onları qorxutmaq əvəzinə onlar üstümüzə ayaq aldı. Öz həyasızlığından çəkinmədi. Bizi qorxaq adlandırdı və bunun üçün məmnunluğunu ifadə etdi. Bizim torpaqlarımızda parad qurdu, hərbi təlimlər keçirdi. Şənlik qurdular, yallı getdilər. 
Bizə yazıqlar olsun ki cavabsız qaldıqlarını görüb biraz da qabağa gəldilər.  Yeni yeni torpaqlarımız uğrunda yeni müharibə bəyananatını verdilər. 
Bu illər ərzində onlar Qarabağda tikib yaratdığı halda biz isə yeni yeni qaçqın qəsəbələri saldıq. 
Yazıqlar olsun ki,  düşmənin tərəfində olan ölkələrin boş boş vədlərinə ümidlə yanaşdıq, əlimizi qolumuzu yanımıza sallayıb Lazımı gözlədik. Lazım gələrsə müharibə yolu ilə torpaqlarımızı azad etmək üçün gözlədik. 
Biz gözlədik amma zaman gözləmədi, elə hey düşmənin xeyrinə işlədi. Zaman ötdükcə qarabağlılar dünyasın dəyişdi, yeni bir qarabağsız nəsil yetişdi. 
Nə qədər ki biz susduq dünya reallığı qəbul etmək qərarına gəldi. Əgər torpaqlarımızı işğaldan azad etməyə qalxarıqsa dünya bizi işğalçı kimi tanıyar belə deməkdən çəkinmədilər. 
Soyuqqanlılığımızı burda da göstərdik, Rumuniyalı deputat Tyudor cavabsız getdi və ermənilərə: rahatca Qarabağda yaşaya bilərsiz, Azərbaycan onsuzda müharibə etməyəcək bəyanatını verdi.
Bax belə. 
27 ildir boş boş ümid bəslədiyimiz sülh danışıqları artıq müharibəni başlamaq şansını yenidən bizə qaytarmış olur. 
Odur ki Məcburi köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyi olaraq qərara alırıq ki, kifayət qədər səbr etdik. Nə qədər ki Qarabağ uğrunda  müharibədə ordumuzun yanında ola biləcək və o torpaqlarda bələdçilik edəcək insalarımız var Azərbaycan dövləti müharibə qərarını verməlidir. Əks halda bu ixtiyar xalqın üzərinə və haqqı tapdanmış, hüquqlarıpozulmuş məcburi köçkünlərin üzərinə düşür. 
Biz ya müharibəyə başlayıb qürurumuzu özümüzə qaytarmalıyıq, ya da başımızı aşağı salıb şərəfsizcəsinə ölümümüzü gözləməliyik. 
Qərar anıdır!
Biz ordumuzun yanındayıq.
Bəs Sən bizim yanımızdasan?

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az