Müsəlmanlara qarşı soyqırımı çağırışı: "2 milyonunu öldürsək..."

Müsəlmanlara qarşı soyqırımı çağırışı:

Hindistanda müsəlmanlara qarşı soyqırımı çağırışı edilib.

Qaynarinfo xəbər verir ki, hadisə ölkənin şimalındakı Uttaraxand əyalətinin Haridvar şəhərindəki Hindu dini mərasimi zamanı baş verib.

Mərasimdə çıxış edən bir qadın insanları müsəlmanları öldürdükləri üçün həbs olunmaqdan qorxmamağa çağırıb. 

"10 nəfərimiz əsgər olsa və onardan 2 milyon nəfəri öldürsək, qalib gələcəyik. Bu münasibəti göstərə bilsəniz, ancaq o zaman "sanatana dharma"nı (Hinduizmin mütləq forması) qoruya biləcəksiniz" deyə qadın bildirib.

Mərsimdə Baş bazir Narendra Modinin Bharatiya Janata Partiyasının üzvü də qatılıb. Partiya 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindu milliyyətçiləri tərəfindən müsəlmanlara və digər azlıqlara qarşı şiddəti təşviq etməkdə ittiham olunur. 

Tanınmış müsəlman deputat Asaduddin Ovaisi mərasimdən yayılan video ilə bağlı "Twitter" hesabında açıqlama verib və qandonduran çıxışın "müsəlmanların soyqırımına açıq çağırış" olduğunu bildirib.

Modi hökuməti isə olayla bağlı heç bir açıqlama verməyib. Əvəzində polis hərəkətə keçib və "nifrətə çağırış" maddəsi ilə araşdırmalara başlayıb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az