Nazarbayev ölkə rəhbəri olanda Putin kapitan rütbəsində, Lukaşenko isə kolxoz sədri idi

 Nazarbayev ölkə rəhbəri olanda Putin kapitan rütbəsində, Lukaşenko isə kolxoz sədri idi

Ərazisinə görə dünyada 9-cu, MDB də isə 2-ci yeri tutan Qazaxstan 


Qazaxstan Respublikasında son günlər baş verənlər və  buna münasibət bildirən müxtəlif ölkə politoloqları ilə yanaşı, bizim də bu sahə ilə məşğul olan insanlarımızın müxtəlif rəylər, təhlillər yapması təbiidir. 

Amma proses başlanar, başlamaz, günün birinci yarısı bunu Rusiya ilə, günortadan sonra isə qərb dairələri ilə bağlayan, bir müddət sonra isə hansı bir rəyinə uyğunluq baş verən kimi, gördünüz mən deyən oldu söyləyən bəylər!  Heç də hamı hər şeyi bilməyə qadir bə borclu deyil. Prosesə baş vurmazdan əvvəl bunun harada, nədən qaynaqlandığı, o ölkənin hansı coğrafiyada yerləşdiyini, kimlərin,  nə müddətdən bəri orada hansı idarəetmə üsulu qurduğunu və sairəni dərindən öyrənməniz lazımdı. KTMT -nin üst-üstə cəmi 3770 nəfər hərbiçisinin artıq ölkəni işğal etdiyini söyləyən, bilirsənmi ki,  ərazisinə görə dünyada 9-cu, MDB də isə 2-yeri tutan bu ölkənin tək təhlükəsizlik qüvvələrinin heyyəti 110 min nəfərdən çoxdu?. 

Ümumilikdə müasir standartlara malik ordu 120 min nəfər ( 80 mini quru qoşunları olmaqla) personala sahibdi? Ölkənin olduqca böyük iqtisadiyyatı, münbit biznes şəraiti, gərəyincə valyuta ehtiyatı var. MDB ölkələri arasında yaşayış şəraiti ən yaxşı olduğuna görə bizim kimi Rusiyaya və digər ölkələrə qazanc dalınca getmirlər. Sadəcə avtokrat rejimlərdə, nə zaman harada və hansı səbəbdən etiraz qığılcımının olacağını heç kəs proqnoz edə bilmir. Hətta MDB-nin bir nömrəli siyasətçisi N. Nazarbayev belə, bunu bilə bilmədi. Bəli düz oxudunuz, bir nömrəli! Çünki Putin hələ kapitan rütbəsində, Lukaşenko isə kolxoz sədri olanda, Nur Sultan bəy bu yekəlikdə respublikanın rəhbəri idi. 1986-cı olin dekabrında məlum Alma-Ata etirazları baş verəndə isə ölkəsinin baş naziri idi. Aradan keçən bu uzun, mürəkkəb zaman kəsiyində ölkəsini təcrübəli kapitan, öz gəmisini flrtınalardan qoruduğu kimi qoruya bilib.  Bu gün isə heç bir sübutunuz olmadan onun gah Qırğızıstana, gah da Dubaya qaçdığını yazırsız. Mənə görə isə bu boyda  siyasi çəkiyə, təcrübəyə, potensiala malik bir qıpçaq oğlu heç yerə getməmiş, öz ölkəsində, indiki halda ən düz olan varinatı seçərək sakitcə baş verənləri izləməkdədi. Tək izləməkdə deyil, həm də idarə etməkdədi. Bu nəticəyə gəlmək üçün belə təcrübəli insanların fəaliyyət tarixinə baxmaq kifayətdi. 2011-ci ildə oxşar hadisə  neft sənayesi işçiləri arasında da baş vermişdi. İnsanlar etiraz etmiş, hətta qarşlıqlı çəkişmələrdə insan itkisi olmuşdu. Hakimiyyətin bütün ranqları etirazçıların tələblərinə rədd cavabı vermişdi. Yalnız sonda ölkə prezidenti işçiləri ziyarət etmiş, dinləmiş və onların tələblərinin haqlı olduğunu bildirərək, istəklərinin yerinə yetirilməsi üçün göstəriş vermişdi. Aidiyyatı rəhbərləri isə işdən çıxarmışdı. 

Onu da deməliyəm ki, bu günkü hadisələr heç də bütün ölkəni əhatə etməyib, yalnız bir neçə vilayətdə vəziyyət qarışıb. Görünən budur ki, Putinin SSRİ-ni yeni variantda bərpa etmək səyləri gündəmdədi. Buna görədə Belarusdan sonra, Ukrayanada döyüşləri bərpa etmək cəhdi, qərbə ultimatum, sonra isə Qazaxstana təzyiqlər dalğası başlayıb. Putin yaxşı bilir ki, Qazaxstanda istəyini yerinə yetirə bilsə, MDB yə daxil Orta Asiya respublikalarında, daha sonra Cənubi Qafqazda  onun qarşını almaq çətin olacaq. Zənnimcə situasiyadan çıxmağın, ölkəni parçalanmadan qorumağın yeganə yolu məlum hadisələr oldu. Az qanla daha böyük faciələrin qarşısının alıması. Bunu epidemik xəstəliklərə qarşı peyvənd olunmağa da bənzətmək olar. Bildiyimiz kimi  nümayişçilər tam anti Rusiya, anti Avroaziya İttifaqı mətnli şüarlar səsləndiriblər. Qazax xalqı, ən əsas onun ordusu ölkəsində yadelli hərbiçilərin olmasını qəbul etməyəcək. Təbii ki, bulanıq suda balıq tutmaq istəyənlər də çoxdu. Bunlar daxildəki müxtəlif klanlar, xaricdən dürtülmək istəyən, müxtəlif ölkələrin, dairələrin maraqlarını təmsil edən dəstə və cərəyanlardır. Amma onların heç bir şansı yoxdur. Hadisələrin böyüyüb vətəndaş müharibəsinə çevriləcəyini də gözləmirəm. Artıq hadisələr nəzarət altına alınır. Çıxardığım nəticə budur ki, Q. Tokayev öz sələfindən fərqli olaraq Putinin təzyiqlərinə lazımınca müqavimət göstərə bilmədi. Deməli xalqın iradəsinin ortaya çıxmasına ehyiyac var idi. Bu olayda həmçinin aranı qarışdırıb, şəxsi və dövlət əmlakını qarət edənləri, revanşist, radikal dini qrupların aşkara çıxarılıb zərəsizləşdirilməsi, nəzarətə alınması da baş verdi. 
Ölkə konstitutsiyası qüvvədədir,  ana yasaya görə isə N. Nazarbayev ELBAŞIDIR! Həmin vəzifənin olduqca böyük səlahiyyətləri var. Nur Sultan isə bu vəzifədən  istefa verməmişdir.  Deməli, vəziyyət tam sabitləşdikdən sonra yeni prezident seçkilərinə gedilməsi, o seçkilərdə isə bütün daxili klan və dairələri, qonşuları  razı salacaq bir namizədin olması zərurirəti yaranacaq. Belə bir namizəd isə artıq müəyyən edilib, yaxın zamanlarda gündəmə gələcək.
 
Tərlan Eyvazov
Hərbi ekspert


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az