Nazarbayevi kim "VURDU?"- Qazaxıstanı Ukraynanın taleyi gözləyirmi?

Nazarbayevi kim

"Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefasına Azərbaycan nöqteyi-nəzərdən baxmağa çalışaq. Nazarbayevin xarici siyasəti mövcud reallıqlara uyğun idi. Qazaxıstan Nazarbayevin prezident kürsüsündə oturduğu 28 ildə sözdə (oxu: zorən) Rusiyanın strateji müttəfiqi olarkən bir çox istiqamətlərdə fəal siyasət yürüdür, Çin, ABŞ və Avropa ilə də sıx əlaqələr qurmuşdu. Nazarbayev son illər milli siyasətə də önəm verir, latın qrafikasına keçmiş, türkçülük ideologiyasının inkişafına diqqət yetirir, ölkə tarixinin öyrənilməsinə diqqət yetirirdi."
 
 Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefasını şərh edən politoloq Elxan Şahinoğlu bu barədə açıqlama verib.

Politoloq qeyd edib ki, bu illərdə Qazaxıstanla Azərbaycan arasında da sıx əlaqələr formalaşmış, regional layihələrdə ortaqlıq mövcuddur:

 "Nursultan Nazarbayev bir neçə dəfə Azərbaycana səfər etmiş, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünə real dəstək verir, İrəvanın Qarabağ separatçılarını Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi fəallıqla bağlı təxribatlarının qarşısını alırdı. Nazarbayev yaşına və ağlına görə türk dünyasının ağsaqqalı sayılır. Nazarbayevin yerinə prezident kürsüsünə kim gələcəksə, onun da Azərbaycanla sıx əməkdaşlığını arzulayırıq. Əsas odur ki, Astananın Cənubi Qafqaz siyasətində ciddi korrektə olmasın, Nazarbayevin siyasəti davam etsin. Fikrimcə, Nazarbayev nə qədər ki, Təhlükəsizlik Şurasının sədridir, yeni prezidentin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək."

 
Elxan Şahinoğlunun statusundakı açıqlamaya "Sizcə Nazarbayevin istefasında kim daha maraqlı görünür, Qərb, yoxsa Rusiya" sualına poliqtoloq belə cavab verib:

"Məncə, Rusiya və Qərb Qazaxıstanda prezident kürsüsü uğrunda mübarizəyə başlayacaqlar. Nazarbayev hər iki qütbün maraqlarına cavab verirdi. Onun uğuru da məhz bunda idi. Yeni prezident bu qütblərdən birinə üstünlük verib o birisini arxa plana keçirsə ciddi problemlərlə üzləşəcək." 

 "Məncə Qazaxıstanı bütöv və problemsiz saxlaya bilən lider Nazarbayev idi. Kim gəlir gəlsin Nazarbayev kimi təcrübəli və iki qütb arasında oynaya bilən lider ola bilməyəcək. Ölkənin tərkibində olan ruslar Putinin xeyir- duasıyla ayrılmaq istəyəcəklər. Qısası Qazaxıstanı Ukraynanın taleyi gözləyir." - deyə bu statusa münasibət bildirən sosial istifadəçiyə cavab verən politolq Elxan Şahinoğlu bildirib ki, Allah Qazaxıstanı saxlasın! Sizinlə razıyam, Rusiya pusqudadır. Yeni prezident ehtiyatlı olmalıdır!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az