Nazir 2 yeni rəis təyin etdi
Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinə yeni rəis təyin olunub.
Miq.Az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili olub.
Nazirin digər əmri ilə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Müslüm Quliyev sərəncama götürülüb. Bu vəzifəyə Aqil Ələsgərov təyin olunub.
Miq.Az