Nazir: Adına torpaq varsa, yardım ala bilməyəcək - Video

Nazir: Adına torpaq varsa, yardım ala bilməyəcək - Video

Baş nazirin 7 aprel tarixli qərarı ilə işsizlər üçün birdəfəlik ödəmənin verilməsi təsdiq olunub. Bu şəxslər heç bir iş yeri və qazancı olmayan əmək qabiliyyətli şəxslərdir.

Miq.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-nin "Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.

Nazir dəstək paketinin mahiyyətindən danışıb:

"Cənab Prezident tərəfindən bir milyard manat dövlət büdcəsindən, iki milyard manat isə digər mənbələrdən olmaqla ümumilikdə 3 milyard vəsait ayrılıb. Bu vəsaitlər müxtəlif sosial məşğulluq qurumları arasında bölüşdürülmüşdür. Sırf sosial və məşğulluq qurumlarına ayrılan büdcə 400 milyon manatdır. Bəhs etdiyim 400 milyon manat əmək müqaviləsi ilə işləyən, hazırda işsiz olan, iş yerlərini itirən və xüsusi həssas qruplara aid olan şəxlərə veriləcək.

Bu gün VÖEN əsasında fəaliyyət göstərən şəxslər, tələbələr, Silahlı Qüvvələrin əməkdaşları və s. şəxslər məşğul şəxslər hesab olunurlar. Bundan başqa pay torpaq sahibləri də bu kateqoriyaya aiddirlər. Bu şəxslər işsiz kateqoriyasına aid edilmir”.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az