Nazir kasıblara “xəstə, qoca” heyvanların verilməsi İDDİALARI HAQDA

Nazir kasıblara “xəstə, qoca” heyvanların verilməsi İDDİALARI HAQDA

Yararsız heyvanların verilməsi ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasında heyvan dəyişdirilməsi faktı 1 faizdən aşağı olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirilən mətbuat konfransında belə deyib.

Nazirin sözlərinə görə, yararsız heyvanlarla bağlı müraciətlərin əksəriyyəti 2-3 ay sonra edilib. "Vətəndaşlara heyvan təqdim ediləndə özü onun sağlam vəziyyətdə olduğuna baxır, təsdiq edir. Müvafiq baytar arayışları da verilir. Bəzi məlumatlar yayılır ki, guya 5000 manat civarında heyvanlar alınır. Bu səhv məlumatdır. Bütün vergilər və digər ödənişlər daxil olmaqla bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Ötən ilin mövcud qiymətlərindən aşağı qiymətə heyvan alınır”.

Nazir qeyd edib ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanlı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb. "Həqiqətən də keyfiyyəti aşağı, o cümlədən olan heyvanları ailəyə təqdim edən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh tədbirləri verilib.  Dəyişdirilən heyvanların sayı cəmi 170-ə yaxın olub.

S.Babayevin sözlərinə görə, özünüməşğulluq proqramınına qoşulan vətəndaşın şəxsi kabineti olacaq və bütün məlumatlar orada toplanacaq. Özünüməşğulluq proqramına müraciət etməsi, proqrama qəbul edilməsi, proqram çərçivəsində keçdiyi təlimlər, təlimin sonunda müdafiə etdiyi biznes-plan, növbəti addım olaraq aktivin verilməsinə dair aktlar, baytarlıq arayışları, foto çəkilişlər, eyni zamanda  heyvana necə baxıldığına dair monitorinq keçiriləcək və nəticələr vətəndaşın şəxsi kabinetində yerləşdiriləcək. "Bunun da ictimai açıqlığı təmin olunacaq. Biz müraciət edən vətəndaşdan intizam alacağıq ki, onlar ictimaiyyətə bunun açıqlanmasına razıdılar. Mətbuat nümayəndələri, dövlət qurumlarının nümayəndələri zəncir dövründə olan hər addımı görə biləcəklər”,-nazir deyib.

S.Babayev əlavə edib ki, mətbuatdan edilən müraciətləri cavablandırırlar. "Çalışırıq ki, gün ərzində araşdırıb cavablandıraq. Amma bəzən sosial şəbəkəyə atılan dezinformasiya sürətlə yayılır, bu gözəl təşəbbüsə zərər verməyə çalışırlar. Biz bu imkanı yaradandan sonra təqdim olunan hər aktivə baxa biləcəksiz. Təşəbbüsü biz irəli sürmüşük, çünki görürük ki, suallar yaranır. Amma yenə də bütün şikayətləri toplayanda dəyişdirilən heyvanların sayı 119-u keçmədi”.

Nazir qeyd edib ki, müxtəlif səpkili müraciətlər olub, araşdırılıb, təsdiqini tapmayıb: "Aşdırdıq, deyir ki,  heyvana pul vermişəm, istəyirdim onu ödətdirəm. Biri deyir mənə cəmi 2 heyvan verilib, fakt göstərdik, verilən heyvanların sayı 2 deyil, daha çoxdur. Amma demək ki, göstərilən qiymətdən daha ucuz heyvan alınıb, qəti şəkildə elə bir şey yoxdur. Qiymətlər açıqdır, şəffafdır. Şikayətçiyə verilən  heyvan vergilər, daşınma, baytar arayışının dövlət rüsumunu çıxmaqla təxminən 1400 manat ətrafında olub. Ondan aşağı qiymətə heyvan alınmayıb”./Virtualaz.org/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az