Nazir polis rəisini vəzifəsindən azad etdi

Nazir polis rəisini vəzifəsindən azad etdi

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Sənani Məmmədov vəzifəsindən azad edilib.

Miq.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə, S.Məmmədov Kəpəz rayonunda sahə rəisi təyin edilib.

Vilayət Eyvazovun əmri ilə polis kapitanı Elnur Məmmədov Kəpəz rayon polis idarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.(oxu.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az