Nazir polkovniki generalın yerinə təyin etdi

Nazir polkovniki generalın yerinə təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Miq.Az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis baş-leytenantı Vüqar Məmmədov Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

APA-nın məlumatına görə, bir müddət əvvəl Qazax DYPB-nin rəisi vəzifəsində çalışmış Eldəniz Həsənov tutduğu vəzifədən azad edilərək Göygöl DYPB-nin rəisi vəzifəsinə təyinat alıb.

Polis kapitanı Rüfət Məmmədov Ağcəbədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Report-un yaydığı xəbərdə bildirilir ki, R.Məmmədov bundan əvvəl Ağcabədi RPŞ-nin İstintaq bölməsinin rəisi işləyib. Onun yerinə hələ ki təyinat yoxdur.

Qaynarinfo.az isə Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətovun vəzifəsindən azad edilərək, DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinə rəisi təyin edildiyini yazıb.

Qeyd edək ki, DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin keçmiş rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az